Keçmiş həyat yoldaşı Ben Affleki ad günündə ziyarət etdi
52 yaşlı amerikalı aktrisa Cennifer Qarner keçmiş əri Ben Afflekin 52 yaşı münasibətilə təbrik edib.
Sfera.az bildirir ki, “Oskar” mükafatlı aktyor 52 yaşını Cennifer Lopezdən boşanma xəbərləri fonunda qeyd edib. Qeyd edək ki, aktyor indi uşaqlarının anası Qarnerin evinin yaxınlığında yaşayır.
Afflekin keçmiş həyat yoldaşı ad günündə zolaqlı ağ köynək və sürməyi şalvar geyinib. O, görünüşünə gün eynəyi əlavə edib və saçlarını yığıb.
Keçmiş həyat yoldaşları arasında hələ də dostluq münasibətləri davam edir. Onların üç övladı var.
Qeyd edək ki, Cennifer Lopez “İnstaqram”da öz ad günündən fotolar paylaşıb. Elə həmin gün həyat yoldaşı 52 yaşını qeyd edib. Bu da cütlüyün ayrılması ilə bağlı şayiələri daha da artırıb.
Cütlüyün boşanmağı planlaşdırdığı haqda xəbərlər uzun müddətdir ki, yayılıb. Onlar birlikdə yaşadıqları evi artıa satırlar, özəl günləri ayrıca qeyd edirlər, üzük taxmırlar.
Qarner keçmiş əri ilə yaxşı münasibət saxlasa da, artıq J.Lo ilə boşanmasında ona kömək etməyi dayandırıb.
Onun Benə cavabı:
"Bağışlayın, amma bunu özünüz həll edin" kimi olub. Bütün vəziyyət getdikcə daha da xoşagəlməz hala gəlib. Bu müddət ona öz boşanmaları ilə bağlı hadisələri xatırladıb.
Məlum olub ki, hətta onların evliliyi dövründə də Qarner Afflekin 2000-ci illərin əvvəllərində görüşdüyü J.Lodan sonra daim özünü “ikinci” kimi hiss edib.
Aysel
Sfera.az