Logo

Aİ İsrail hökumətinin üzvlərinə qarşı sanksiyalar tətbiq EDƏ BİLƏR

Aİ İsrail hökumətinin üzvlərinə qarşı sanksiyalar tətbiq EDƏ BİLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa İttifaqı (Aİ) İordan çayının qərb sahilindəki Cit kəndində israilli mühacirlərin fələstinlilərə hücumlarından sonra İsrail hökumətinin üzvlərinə qarşı sanksiyaların tətbiq olunması məsələsini nəzərdən keçirəcək.

Sfera.az xəbər verir ki, bu barədə Aİ diplomatik xidmətinin rəhbəri Jozep Borrel “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Biz fələstinli mülki əhalini qorxutmaq üçün mühacirlərin Cit kəndinə hücumlarını pisləyirik. İsrail hökumətinin bəzi üzvləri də daxil olmaqla, təcavüzkar mühacirlərin əməllərinə şərait yaradanlara qarşı sanksiyaların tətbiq edilməsini təklif etmək niyyətimi təsdiqləyirəm”, - o bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR