Qəzza ilə bağlı danışıqlarda irəliləyiş ƏLDƏ EDİLDİ

Qəzza ilə bağlı danışıqlarda irəliləyiş ƏLDƏ EDİLDİ

Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və girovların azad edilməsi ilə bağlı Dohada keçirilən məsləhətləşmələrin iştirakçıları danışıqların ilk günündə irəliləyiş əldə ediblər.

 

Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti mənbələrə istinadən məlumat yayıb.

 

Danışıqlar prosesinin gedişi ilə bağlı digər təfərrüatlar verilmir.

 

Daha əvvəl Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, vasitəçilər atəşkəslə bağlı razılıq əldə etmək üçün irəliləməyə qərarlıdırlar.

 

Qeyd edək ki, ötən gün Qətərin paytaxtı Dohada Misir, Qətər, ABŞ və İsrail nümayəndələrinin iştirakı ilə Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və girovların azad edilməsi ilə bağlı məsləhətləşmələr başlayıb.


OXŞAR XƏBƏRLƏR