Ermənistan XİN ATƏT-in Minsk qrupunun buraxılmasının mümkünlüyünə MÜNASİBƏT BİLDİRDİ

Ermənistan XİN ATƏT-in Minsk qrupunun buraxılmasının mümkünlüyünə MÜNASİBƏT BİLDİRDİ

ATƏT-in Minsk qrupunun məsələsinə sülh müqaviləsinin imzalanması kontekstində baxıla bilər.

 

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən (XİN) “Azadlıq Radiosu”nun erməni xidmətinin sorğusuna cavab olaraq bildirilib.

 

“Ermənistan tərəfi Minsk prosesinin davam etdirilməsi məsələsinə münasibətlərin hərtərəfli nizamlanması və hər şeydən öncə sülh müqaviləsinin bağlanması kontekstində baxa bilər”, - XİN-dən sorğuya cavab olaraq qeyd olunub.

 

Qeyd edək ki, “Azadlıq Radiosu”nun erməni xidməti Ermənistan XİN-ə Azərbaycanın Minsk qrupunun buraxılmasını sülh müqaviləsinin imzalanması üçün ilkin şərt hesab edib-etməməsi, İrəvanın niyə Minsk qrupunun buraxılmasına razı olmaması və yaxın gələcəkdə Ermənistanın fikrini dəyişəcəyi və Bakı ilə birlikdə onun buraxılması haqqında ATƏT-ə Birgə Bəyanat təqdim etməsinin mümkün olub-olmaması barədə sorğu göndərib.

 

Xatırladaq ki, bir qədər əvvəl Ermənistan Parlamentinin “Vətəndaş müqaviləsi” partiyasından olan deputatı Armen Xaçatryan açıqlama verərək, ATƏT-in Minsk qrupunun yalnız sülh müqaviləsi imzalandığı təqdirdə ləğv ediləcəyi barədə açıqlama verib.


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...