HƏMAS Qəzza ilə bağlı danışıqlarda iştirak etmək üçün şərtini AÇIQLADI

HƏMAS Qəzza ilə bağlı danışıqlarda iştirak etmək üçün şərtini AÇIQLADI

Fələstinin HƏMAS hərəkatı Qəzza ilə bağlı danışıqlarda iştirak etmək üçün şərtini açıqlayıb.

 

Sfera.az-ın məlumatına görə, hərəkatın Siyasi bürosunun üzvü Usamə Həmdan "Associated Press" agentliyinə müsahibəsində bildirib ki, bu, danışıqların ABŞ Prezidenti Co Baydenin may ayında səsləndirdiyi və beynəlxalq səviyyədə təsdiqlənən təklifin həyata keçirilməsinə əsaslanacağı halda mümkündür.

 

“Biz vasitəçilərə məlumat verdik ki, istənilən görüş hansısa yeni bir məsələ ilə bağlı danışıqlara deyil, icra mexanizmlərinin müzakirəsi və tarixlərin müəyyən edilməsinə əsaslanmalıdır... Əks halda, HƏMAS danışıqlarda iştirak etmək üçün heç bir səbəb görmür”, - o bildirib.

 

Misir, Qətər və ABŞ İsrail və HƏMAS-ı avqustun 14-15-də atəşkəslə bağlı müzakirələri bərpa etməyə çağırıb. Üç ölkənin liderləri razılaşmanın əldə edilməsi üçün yekun təklif təqdim etməyə hazır olduqlarını bildiriblər.


OXŞAR XƏBƏRLƏR

"Azərbaycan xalqı bundan sonra qalib xalq kimi yaşayacaq" - Prezident

Şəhərimizin ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər t...

COP29-un keçiriləcəyi Bakı Stadionunda inşaat işlərinin 99 faizi tamamlanıb

COP29-un keçiriləcəyi Bakı Stadionunda inşaat işlərinin 99 faizi tamamlanıb.   Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29 Azərba...

Azərbaycanla Özbəkistan arasındakı Müqavilə TƏSDİQLƏNDİ

Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla...

Sabah Bakıda yağış yağacaq, bölgələrdə isə... - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.   Bu b...

“Biz onlara heç bir pislik etməmişdik, çörək vermişdik” - Prezident

“Biz indi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur. Amma görəndə ki, Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə ba...

Dövlət başçısı: "Ermənistan silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır"

Ermənistan silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımd...