Rusiyada miqrantlar üçün yeni qadağalar QÜVVƏYƏ MİNDİ
Dünya
13:46 / 14.08.2024
5311
Rusiya prezidenti Vladimir Putin “Rusiya ərazisində yaşayan xarici vətəndaşların hüquqi statusu haqqında” qanunu imzalayıb.
Sfera.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, bununla da miqrantlarla bağlı bir sıra qadağalar qüvvəyə minib.
Sənədə əsasən, onlara taksi və ictimai nəqliyyat vasitələrini idarə etmək, qida sektorunda çalışmaq, tütün məmulatları və spirtli içkilərin satışını həyata keçirmək, eləcə də məktəbəqədər təhsil müəssisələrində işləmək qadağan edilib.
Bununla yanaşı, Rusiyanın ərazi subyektlərinin rəhbərlərinə ehtiyac olduqda bu qəbildən olan şəxslərə əlavə məhdudiyyətlərin tətbiqi səlahiyyəti verilib.