Marsda dərin su anbarı aşkar edildi - FOTO
Berkli Kaliforniya Universitetinin və Skripps Okeanoqrafiya İnstitutunun alimləri Marsda maye sudan ibarət böyük yeraltı su anbarı aşkar ediblər.
Sfera.az xəbər verir ki, əlçatmaz okeanın kəşfi "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc olunan məqalədə bildirilib.
Tədqiqatçılar NASA-nın Insight eniş aparatı tərəfindən qeydə alınan seysmik aktivlikdən əldə edilən məlumatları təhlil ediblər və həmçinin yeraltı sulu qatların və neft yataqlarının xəritəsini çəkmək üçün istifadə edilən qaya fizikasının riyazi modelindən istifadə olunub.
Tədqiqatçılar müəyyən ediblər ki, yeraltı suların həcmi Marsın bütün səthini 1-2 kilometr dərinliyə qədər əhatə edə bilər. Bu su anbarı planetin səthindən 11,5-20 kilometr aşağıda, Mars qabığının orta hissəsində yerləşən maqmatik qayalarda çatlar və məsamələrdə yerləşir. Əhəmiyyətli su həcminə baxmayaraq, onun yeri gələcək Mars koloniyalarında istifadə üçün girişi çətinləşdirir.
İnci
Sfera.az