"Kursk yaxınlığında bütün döyüşlər Ukraynanın xeyrinə deyil" - “The New York Times”
“Kursk yaxınlığında bütün döyüşlər Ukraynanın xeyrinə olmayıb”.
Sfera.az bildirir ki, bu barədə “The New York Times” qəzetinin jurnalisti hadisə yerindən danışarkən deyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri zədələnmiş ABŞ texnikasını təxliyə etmək məcburiyyətində qalıb:
“Zədələnmiş Amerika zirehli maşınları yol boyu əks istiqamətdə daşınırdı”.
Nəşr həmçinin hesab edir ki, hücumun məqsədi Rusiyanı qoşunlarını Donbassdan çıxarmağa təhrik etməkdir.
“Bununla belə, Ukrayna üçün çoxlu risklər var”, - “The New Tork Times” qeyd edib.
Xatırladaq ki, avqustun 6-da səhər saatlarında Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin ərazisinə hücum edib. Əməliyyatda 300-dək əsgər, 11 tank və 20-yə yaxın zirehli döyüş maşını iştirak edib.
Günay