Ukraynalı kişi rus qadını öldürdü: Cəsədini isə.. - FOTO

Ukrayna vətəndaşı İvan Kuzmin bir otaqda qaldığı rus qadın Lyudmila Lazarenkonu qətlə yetirib. Qətl Perunun Yurimaquas kurort şəhərində baş verib.
Sfera.az bildirir ki, hadisə avqustun 8-də baş verib. İvan Kuzmin saxlanılıb.
Hadisə şahidlərinin sözlərinə görə, Kuzmin qətlə yetirdikdən sonra qadının cəsədini parçalamağa çalışıb.
İnsident Yurimaquas şəhərindəki İki Dünyanın İnteqral İnkişafı Mərkəzinin (Centro de Desarrollo Integral Dos Mundos) üçüncü mərtəbəsində baş verib. Qışqırıqları eşidən insanlar müəssisənin əməkdaşlarına üz tutublar. Məhz işçilər otağa daxil olub və ukraynalının qadının cəsədini parçalamağa çalışdığını görüblər.
“Aydındır ki, onlar mübahisə ediblər və nəticədə kişi qadına bir neçə dəfə zərbə endirib. Artıq mərhumun həyat yoldaşı ilə əlaqə saxlanılıb”- deyə prokurorluqdan bildiriblər.

Polid adamın qətl zamanı narkotikin təsiri altında olma ehtimalını istisna etmir.
Qeyd edək ki, qətlə yetirilən Lyudmila Lazarenkonun həyat yoldaşı və qızları Tailanddadır.
Aynil
Sfera.az






