Madonna seçdiyi məkanla italyanları qəzəbləndirib - SƏBƏB

Avqustun 16-da 66 yaşını qeyd edəcək pop Diva Madonna dəbdəbəli ad günü partisi üçün qeyri-adi məkan seçib.
Sfera.az bildirir ki, Madonnanın Pompeydəki 2200 illik tarixi olan “Teatro Grande” amfiteatrını icarəyə götürməsi italyanları ciddi şəkildə hiddətləndirib.
İtalyanlar belə dəyərli tarixi mülkün icarəyə götürülməsinin baha olmasına da qəzəblənirlər.
Tədbirdə 500-ə yaxın qonağın iştirakı gözlənilir. Onların arasında, şayiələrə görə, İtaliyanın mədəniyyət naziri Gennaro Sangiuliano da olacaq.
Hazırda teatr və musiqi tamaşalarına ev sahibliyi edən tarixi amfiteatrın Amerika tədbirlər şirkəti tərəfindən cəmi 30.000 avroya sifariş edildiyi güman edilir.
"30.000 avro absurddur. Bu, Pompeyi satmaq kimi bir şeydir"- deyə “İtalia Nostra” irs assosiasiyasının baş katibi Mişel Kampisi bildirib. O, həmçinin, Madonnanın niyə məsələn, çimərlikdə ziyafət keçirməkdənsə, doğum günü üçün Pompeyi seçməsinin maraqlı olduğunu soruşub.
“Mi Riconosci” mədəni iştirak qrupunun prezidenti Rosanna Carrieri əlavə edib ki, İtaliya irsi eksklüziv tədbirlər üçün mənzərə fonu kimi istifadə edilməməlidir.
Ata tərəfdən kökü italyan olan Madonna isə daha əvvəl ölkədə eksklüziv ad günü şənlikləri keçirmək qərarına gəlib. Siciliya və Apuliyada möhtəşəm tədbirlər keçirilib.
Sənətçinin nənə və babası Abruzzo, Pasentrodan ABŞ-a mühacirət ediblər. Madonna adının italyan mənşəli olmasına baxmayaraq, müğənni anasının adını daşıyır.
Ad gününün qeyd olunması ilə bağlı dəqiq planlar hələ təsdiqlənməsə də, Madonnanın Castellammare yaxınlığındakı “Marina di Stabia” limanı vasitəsilə bölgəyə gələcəyi gözlənilir. Daha sonra o, eksklüziv şam yeməyi üçün tarixi “Teatro Grand”-yə gələcək.
Madonnanın doğum gününün Neapol körfəzindəki meqayaxtada davam edəcəyi ilə bağlı xəbərlər də dolaşır.
Qeyd edək ki, bir vaxtlar təxminən 11.000 nəfərin yaşadığı çiçəklənən və zəngin Roma şəhəri olan Pompey eramızın 79-cu ildə Vezuvi vulkanının püskürməsi nəticəsində dağılıb.
Fəlakətli hadisə şəhəri, eləcə də Herkulaneum, Torre Annunziata və Stabia yaşayış məntəqələrini dağıdıb, 16 minə qədər insan həlak olub.
Bu gün Pompey xarabalıqları hər il milyonlarla turisti cəlb edən məşhur turistik məkandır.
Madonnanın 66 illik yubileyini keçirəcəyi bildirilən 2200 yaşlı amfiteatr isə vaxtilə şəhərin çiçəklənən obyektlərindən biri olub.
Aynil
Sfera.az