Kim Çen In nənəsinin evini sökdürdü - SƏBƏB

Kim Çen In nənəsinin evini sökdürdü - SƏBƏB

Şimali Koreya lideri Kim Çen In nənəsinin evini sökdürüb. 


Sfera.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. 


Məlumata əsasən, Kim Çen Inın sökdürdüyü ev babası Kim İr Senin ikinci həyat yoldaşı Kim Sun Aedin yaşadığı ev olub. 


Kim Çen Inın ögey nənəsinə qarşı münasibəti yaxşı olmayıb. Uzun illər əvvəl Sun Aed öz oğlunu hakimiyyətə gətirmək istəyirmiş. Gizli olan bu istəyi Kim Çen In bildikdən sonra ögey nənəsini meşə və süni göllə əhatə olunan təpədə yerləşən malikanədə ev dustaqlığına salmışdı. Kim Sun 2014-cü ilə kimi, yəni vəfat edənə qədər bu malikanədə yaşayıb. 


Peyk şəkilləri əsasında Şimali Koreyanın ətraflı xəritəsini tərtib edən tədqiqatçı Ceykob Boql “Daily Mail”ə bildirib ki, indi həmin ərazidə tikili yoxdur. Eyni zamanda bu ərazinin ətrafındakı hasar daha da genişlənib. Boql qeyd edib ki, evin niyə sökülməsi ilə bağlı suala dəqiq cavab yoxdur. Onun sözlərinə görə, Kim Çen In artıq bir neçə dəfə repressiv məmurlara məxsus mülkləri, eləcə də ölümündən sonra öz babası Kim İr Senin villasını söküb. Tədqiqatçı iddia edir ki, Şimali Koreya lideri nənəsinin iqamətgahını saxlamaq üçün vəsaiti olmadığından bu addımı atıb. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...

Bu rayonunun bir neçə kəndində qaz olmayacaq

Naxçıvanın Babək rayonunun bir neçə kəndində müvəqqəti qaz olmayacaq.   Sfera.az-ın məlumatına görə, qazın verilməsində fasilənin yaranmasına səbəb 1...

Ceyhun Bayramov Küveytə getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xar...