“Rusiya bu səbəbdən daha çox insanı səfərbər edə bilmir” - Ekspert

“Rusiya bu səbəbdən daha çox insanı səfərbər edə bilmir” - Ekspert

Ukraynalı hərbi ekspert Sergey Qrabski hesab edir ki, Rusiyanın təlim imkanları məhdud olduğundan daha çox insanı orduya cəlb edə bilmir. 


Sfera.az xəbər verir ki, Qrabski bununla bağlı fikirlərini Ukrayna mediası ilə bölüşüb. 


O deyib ki, Rusiyanın təlim düşərgələrində ən çoxu 350 min əsgərə təlim keçmək mümkündür. Ekspert hazırda təlim düşərgələrinin maksimum gücü ilə işlədiyini və buna görə də əlavə çağırışçıların qəbulunun mümkün olmadığını bildirib.

 

Onun sözlərinə görə, təlim imkanlarının məhdudlaşması əsgərlərin uzun müddət təlim keçməsinin qarşısını da alır: “Buna görə də bəzən rus komandanlığı cəmi 2-3 həftəlik hərbi təlim keçmiş əsgərləri döyüşə göndərir. Biz başa düşməliyik ki, 21-ci əsrin müharibəsi sadəcə olaraq pulemyotlarla qaçan bir dəstə silahlı insanların müharibəsi deyil. Müasir dövrdə əsgərlərin daha çox və daha ətraflı hazırlaşması lazımdır. Bunun üçün isə daha çox vaxta ehtiyac var. Məsələn, bir tank heyətini yetişdirmək üçün ən azı 3-4 ay lazımdır. Rusiyanın böyük səfərbərlik resursu var. Lakin məhz təlim imkanlarının məhdud olması həmin resursun döyüş potensialına çevrilməsinin qarşısını alır”. 


Qeyd edək ki, Qərb ekspertləri itkilərin çox olmasını nəzərə alaraq gələn il Rusiyada yeni səfərbərliyin elan ediləcəyini gözləyir. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...

Bu rayonunun bir neçə kəndində qaz olmayacaq

Naxçıvanın Babək rayonunun bir neçə kəndində müvəqqəti qaz olmayacaq.   Sfera.az-ın məlumatına görə, qazın verilməsində fasilənin yaranmasına səbəb 1...

Ceyhun Bayramov Küveytə getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xar...