Norveçin vəliəhd şahzadəsinin oğlu 30 saatlıq həbs cəzası alıb


Norveçin vəliəhd şahzadəsinin oğlu 30 saatlıq həbs cəzası alıb

Norveçin vəliəhd şahzadəsi Mette-Maritin oğlu 27 yaşlı Marius Borq paytaxt Oslodakı məkanlardan (Heybi Frogne) birində baş verən hadisədən sonra həbs edilib. O, 30 saatdan çox polis nəzarətində qalıb.


Sfera.az bildirir ki, ilkin məlumata görə, gənc 20 yaşlı qıza psixoloji və fiziki şiddət göstərib. Hücum etdiyi qız xəstəxanaya yerləşdirilib, ona beyin silkələnməsi diaqnozu qoyulub. Hazırda onun vəziyyəti stabilləşib və evə buraxılıb. Marius təkadamlıq kameraya salınıb.
 

Marius 50 yaşlı anası ilə Oslo yaxınlığındakı Askerdəki rəsmi iqamətgahında yaşayır.
 

Mariusun Norveç taxtına iddiası yoxdur və 2017-ci ildə ABŞ-da təhsilini davam etdirmək üçün ictimai həyatdan kənarlaşıb. Mariusun haqqında məlumatlar kral ailəsinin rəsmi saytından da silinib.


Vəliəhd şahzadə Mette-Marit Marius haqqında onu 23 yaşında dünyaya gətirdiyini və həyatının ən böyük hədiyyəsi olduğunu deyir. Vəliəhd şahzadənin ilk övladının atası cinayətə görə həbs edilmiş Morten Borqdur.
 

Kral isə özü etiraf edib ki, o, Mariusun davranışı ilə bağlı gözləntilərinin qeyri-real olduğunun dəfələrlə şahidi olub.


2018-ci ildə Marius gənc model Julian Snekkestad ilə münasibət qurub və bu, ictimaiyyətin qəzəbinə səbəb olub. Çünki bir çoxları qızın heç bir əxlaqi prinsiplərinin olmadığına inanırdı.
 

Marius su idmanı və motosikletlərlə maraqlanır, bəzən sosial şəbəkədəki səhifəsində foto və video reportajlar paylaşır. Sosial şəbəkədəki hesabına görə, o, həqiqətən də heyvanları sevən biri kimi görünür.


Qeyd edək ki, vəliəhd şahzadə Mette-Marit 25 avqust 2001-ci ildə Osloda Vəliəhd Şahzadə Hakon ilə evlənib. Bu evlilikdən iki uşaq dünyaya gəlib - gələcək kraliça Şahzadə İnqrid Alexandra və Şahzadə Sverre Maqnus.

 

Vəliəhd şahzadə əri, vəliəhd Şahzadə Haakon ilə avqustun 6-da 2024-cü il Paris Olimpiadasında iştirak etməli idi, lakin gələcək kral atçılıq və atletika yarışlarında tək görünüb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...