Putin Ukraynanın Kurska hücumuna münasibət BİLDİRDİ

Putin Ukraynanın Kurska hücumuna münasibət BİLDİRDİ

“Kiyev rejimi mülki təyinatlı binalara hücum etməklə təxribata əl atıb”.

 

Sfera.az-ın TASS-a istinadən xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə müşavirədə deyib: "Kiyev rejimi növbəti genişmiqyaslı təxribata əl atıb. O müxtəlif növ silahlarlar və raketlərdən istifadə etməklə mülki obyektləri pərakəndə qaydada atəşə tutur”.

 

Qeyd edək ki, toplantıda Ukrayna tərəfdən silahlı hücuma məruz qalan Kursk vilayətində ümumi vəziyyət müzakirə olunub.

 

Son məlumata görə, Ukrayna ordusu dünən axşam saatlarında Rusiyanın sərhəddə yerləşən Kursk vilayətinə texnika və canlı qüvvə ilə hücum edib. Ukrayna ordusunun Rusiyanın içərilərinə doğru bir neçə kilometr irəlilədiyi bildirilir.

 

Kurskun atəşə tutulması nəticəsində 5 dinc sakinin həlak olduğu, 30-dək insanın yaralandığı barədə məlumat verilib.

 

Ərazidə şiddətli döyüşlər gedir. Rusiya Ukrayna hərbçilərinin hücumunu dayandırmaq və ölkə ərazisindən çıxarmaq üçün əlavə qüvvələr cəlb edir.

 

Vilayətdən ziddiyyətli xəbərlər gəlir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın ən böyük bankı maliyyə vəziyyətini açıqladı

Aktivlərinin həcminə görə ölkəmizdə ən böyük bank olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2024-cü il (yanvar-dekabr) üzrə maliyyə göstəriciləri...

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Azərbaycanın mənzil bazarında son aylarda satışla bağlı durğunluğun yaranması müşahidə edilir. Bazarda alıcıların azalması mənzil satanları çətin vəziyyətə salı...

Karyerada inkişaf, yeni imkanlar, dəyişikliklər... - “Planetlərin böyük paradı” bürclərə nə vəd edir?

Xəbər verdiyimiz kimi, 2025-ci ildə 3 dəfə “planetlərin böyük paradı” müşahidə olunacaq.  Bunlardan biri 21 yanvar tarixində baş verəcək. Belə ...

İranda təyyarə qəzaya uğradı - Ölənlər var

İran polisinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Rəşt şəhəri yaxın...

Naxçıvanda əhalinin sayı artdı

Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsi məlumat yayıb. ...

Elektronik avadanlıqlar alarkən nələrə diqqət etməliyik? - ARAŞDIRMA

Son dövrlərdə elektronik avadanlıqlarda təhlükəsizlik problemlərinin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Robot tozsoranlardan tutmuş elektrik avtomobil...