Plastik əməliyyatdan sonra yeni pasport almağı məsləhət görüblər - FOTOLAR

Adı Ketrin olan qadın komplekt plastik cərrahiyyə və bir sıra digər estetik əməliyyatlar keçirib. İndi ona yeni pasport almağı məsləhət görürlər ki, sərhədi keçməkdə problem olmasın.
Sfera.az bildirir ki, müştərinin heyrətamiz transformasiyasının fotosu Türkiyənin Este İstanbul klinikası tərəfindən İnstaqramda yayımlanıb.
Plastik əməliyyatdan əvvəl və sonrakı fotolardan sonra qadını tanımaq mümkün deyil.
Türk cərrahlar Ketrinə burun əməliyyatı, lift, çənə korreksiyası edib, həmçinin yanaqlarından yağ çıxarıblar.
Cərrahlar bütün dəyişikliklər haqqında ətraflı məlumat veriblər.
“Ketrinə Qızıl Nisbət prinsipinə uyğun estetik görünüş bəxş etmək üçün biz bir neçə cərrahi əməliyyat həyata keçirdik. Əvvəlcə V formalı kontur əldə etmək üçün çənə xəttini formalaşdırdıq, ardınca burnun strukturunu yaxşılaşdırmaq və üz cizgilərinə uyğunlaşdırmaq üçün revizion rinoplastika əməliyyatı etdik. Dha sonra göz ətrafındakı qüsurları aradan qaldırmaq üçün göz altı cavanlaşdırma əməliyyatı etdik”.
Yayımlanan şəkillər tez bir zamanda internetdə yayılaraq 26 min bəyənmə toplayıb. Sosial şəbəkə istifadəçiləri emosiyalarını gizlədə bilməyiblər.
Aynil
Sfera.az