Nigeriyalı cihadçılar iki rus geoloqu əsir götürüblər - VİDEO


Nigeriyalı cihadçılar iki rus geoloqu əsir götürüblər - VİDEO

BMT-nin hesabatına görə “Əl-Qaidə” ilə əlaqəli olan “Camaah Nusrat ul-İslam wa al-Muslimeen” (JNIM) sosial mediada nigeriyalıların qızıl mədənlərində işləyən iki rusu əsir götürdüyü barədə video yayımlayıb.
 

Sfera.az bildirir ki, qızıl mədənlərində işlədiyini iddia edən iki nəfərin videosu yayılıb. Görüntülərdə ələ keçirilərkən Nigerin cənub-qərbində bir rus şirkətində işlədiklərini deyən iki əsirin kameraya verdiyi ifadələr də var.
 

Rus aksenti ilə ingilis dilində danışan hər iki şəxs özlərini rus kimi təqdim edərək, paytaxt Niameydən təxminən 60 kilometr qərbdə yerləşən Mbanqa bölgəsində girov götürüldüklərini bildiriblər. Bunun nə vaxt baş verdiyini qeyd etməyiblər.


Onlardan biri özünü Yuri adlandıraraq geoloq olduğunu, digəri isə özünü Qriqori kimi təqdim edərək bir ay əvvəl Nigerə işləməyə gəldiklərini deyiblər.


 

 

Videonun nə vaxt və harada çəkildiyi bəlli deyil. Girovlar ənənəvi Qərbi Afrika parça fonunda çıxış edib. Videoda heç bir girov tələbi olmayıb.
 

 

Rusiya Xarici İşlər Nazirliyi jurnalistlərin şərh etmək xahişlərinə cavab verməyib.
 

Adının çəkilməsini istəməyən Niger təhlükəsizlik mənbəsi bildirib ki, girovlar təxminən bir həftə əvvəl qızıl mədənlərinə gələrkən qaçırılıb.
 

Qeyd edək ki, Mbanqa bölgəsi qızılla zəngin Tillaberi bölgəsində yerləşir. Buradakı üsyançılar və JNIM üzvləri Nigerin bəzi hissələrini, eləcə də qonşu Mali və Burkina Fasoda sabitliyi pozan üsyanlarda fəal iştirak ediblər.


Keçən il çevrilişlə hakimiyyəti ələ keçirdikdən sonra Niger xuntası Mali və Burkina Fasonun hərbi hökmdarları kimi Qərb qoşunlarını ölkədən qovub, Rusiya ilə daha sıx hərbi və biznes əlaqələri qurub.
 

BMT xəbər verir ki, “Camaah Nusratul-İslam wa al-Muslimeen” (JNİM) 2017-ci il martın 2-də yaradılıb. Təşkilatın lideri İyad Ağ Qali Əl Zalaqa media agentliyi tərəfindən yayımlanan çıxışında bu barədə çıxış edib. JNİM özünü “Əl-Qaidə”nin Malidəki rəsmi qolu adlandırır. O, Malinin şimalında yerləşən bir neçə əməliyyat zonasında fəaliyyət göstərir.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıda bu yol axşam saatlarından BAĞLANIR

Bu gün axşam saatlarından etibarən Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsilə kəsişməsindən Babək prospektinə qədər) hərə...

"Dövlətlərarası münasibətlərdə ali siyasi iradə və qarşılıqlı etimad həlledici amildir" - Ülvi Quliyev

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin bugünü və gələcəyi baxımından mühüm əhəmiyyət kəsb ed...

Prezidentdən Naxçıvanla bağlı sərəncam

Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməs...

6 manatdan 11 manata qaldırıldı - Yeni QƏRAR

"Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Qərara dəyişiklik edib.   Sfera....

Macarıstanda bu analar vergidən azad olundu

Macarıstan parlamenti ölkədə doğum səviyyəsinin aşağı düşməsinin qarşısını almaq məqsədilə iki və üç uşağı olan qadınların gəlir vergisindən azad olunmasını nəz...

Prezident Sərəncam imzaladı

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilib.   Sfera.az AZƏRTAC-a istinadən xəbər...