Türkiyədə zəlzələ oldu
Dünya
09:53 / 04.08.2024
5046
Türkiyədə ardıcıl 2 dəfə zəlzələ olub.
Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, 3,9 maqnitudada birinci zəlzələ Boluda yerli vaxtla saat 7:31-də qeydə alınıb.
Bunun ardınca Çukurren kəndinin mərkəzində 3,1 maqnitudada afterşok olub.
Zəlzələ hiss edilib.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.