Hollivud ulduzunun bu şəkli hər kəsi təəccübləndirdi - FOTO
Şeron Stoun Türkiyədə tətildə olarkən gözündən zədə alıb.
Sfera.az xəbər verir ki, Hollivud ulduzu İnstaqramda gözünün altında qara ləkə olan şəklini paylaşıb. Aktrisa hadisənin təfərrüatlarını açıqlamayıb. Şeron Stounun pərəstişkarları isə baş verənlərlə bağlı öz fərziyyələrini irəli sürərək onun zədəsini müzakirə edirlər.
Üzü qançırlı ulduz ağ çiçəkli şalvarda liftin qarşısında poza verib.
"Bu səfər çətin idi, amma mən daha da gücləndim"-deyə Şeron öz paylaşımına qısa başlıq yazıb. 66 yaşlı aktrisa qançırın hansı şəraitdə alınmasının təfərrüatlarını gizli saxlayıb.
Yayımlandıqdan sonra şərhlərdə məşhurun pərəstişkarları ulduza tez sağalmağı arzulayıblar. Bəziləri Stounun kimisə döydüyünü irəli sürüblər, amma Şeronun özünün davaya girdiyindən şübhələnənlər də olub
Həmin gün aktrisa yaşıllıqlarla əhatə olunmuş şəxsi hovuzu, duşu, şezlonqları və yemək masası olan otel otağının arxa həyətinin fotolarını paylaşıb. O, fotoya "Türkiyəyə tətil üçün getməyi düşünənlər varsa, bu mənim otel otağımın həyətidir"-şərhini yazıb.
Aynil
Sfera.az