Doberman insanlar üçün geyim nümayiş etdirən model oldu - VİDEO
Çindən Xiaopai adlı Doberman iti köynək və gödəkçə geyinmiş videoları internetdə yayıldıqdan sonra bütün dünyada məşhurlaşıb.
Sfera.az bildirir ki, Xiaopainin foto və videoları bir ilə yaxındır ki, internetdə yayılır və demək olar ki, hamısına milyonlarla baxış və minlərlə şərh yazılıb. Dobermanın insan paltarı geyinməsini kamerada izləmək bütün dünyada istifadəçiləri valeh edib.
İnternetdə isə Xiaopai haqqında populyarlığına baxmayaraq, minimum məlumat var. Sosial media detektivləri sayəsində heyvanın təkcə adını deyil, həm də Çinin ən böyük şəhərlərindən biri olan Çonqinqdə yaşadığını öyrənmək mümkün olub.
İt paltarlarla yanaşı aksesuarları da reklam edir.
İlk dəfə olaraq Dobermanın klipləri “TikTok”un Çin versiyası olan “Douyin”də “yizhikuokuo” ləqəbli hesabda görünüb. Bundan sonra digər resurslarda videolar yayılmağa başlayıb. Bu yaxınlarda “Woof World” YouTube kanalında insan geyimində poza verən itin görüntüləri yayımlanıb və bu, qeyri-adi modelə yeni maraq dalğası yaradıb.
İt sevinclə kamera qarşısına keçir və narahat paltar geyindirilməsinə səbirlə yanaşır.
Aynil
Sfera.az