Stüardessa saç düzümünə görə işini itirdi - FOTOLAR

Stüardessa saç düzümünə görə işini itirdi - FOTOLAR

Edinburqdan olan Marion Mackay saç düzümünə görə işini itirib. Qadın daha sonra cinsinə görə ayrıseçkiliyə məruz qaldığını iddia edib.


Sfera.az bildirir ki, vəkili Amanda Buchanan qadın olduğu üçün müvəkkili ilə daha ​​sərt rəftar edildiyini iddia edir. Onlar aviaşirkət Jet2-yə qarşı iddia qaldırıb. Keçmiş stüardessa əsəb-stress gərginliyinə və maaliyə itkisinə görə kompensasiya tələb edir. Bununla belə, Britaniya məhkəməsi şirkətin əmək qanunlarını pozmadığına qərar verib.


Təxminən 14 ay Jet2-də işləyən Mackay, saçlarının şirkət standartlarına uyğun gəlmədiyi üçün rəhbərliyin onu işdən çıxarmaqla hədələdiyini iddia edir. İddiaçının sözlərinə görə, bu, 2023-cü ilin iyulunda illik ekipaj görünüşünün qiymətləndirilməsindən qısa müddət sonra baş verib.


Ekipaj rəhbərinin müavini Stuart McKenzie bütün ittihamları rədd edib. O; məhkəməyə şirkətin Mackayın saç düzümü ilə bağlı müzakirələr aparmağı planlaşdırdığını, lakin onun məşğul qrafiki səbəbindən bunu edə bilmədiyini qeyd edib. Onun sözlərinə görə, stüardessaya öz peşə vəzifələrini yerinə yetirməyə mane olmayıb, sadəcə olaraq saç düzümünün həddindən artıq ekstremal üslubda olmasına görə daşıyıcının qaydalarına uyğun gəlmədiyi üçün dəyişdirilməsi tələb olunub.


İddiaçının vəkili Amanda Buchanan, müvəkkili ilə qadın olduğu üçün daha sərt davranıldığında israrlıdır. O bildirir ki, kişi həmkarlarının saç düzümü də oxşar olub, amma nədənsə xarici görünüşünün dəyişdirilməsi tələbləri yalnız Mackaya qarşı irəli sürülüb.


Məşğulluq üzrə hakim Mişel Suzerlend yazılı qərarında:



“İddiaçı ondan saç düzümünü dəyişməsi tələb olunduğu üçün istefa verib, lakin bu tələb ayrı-seçkilik yaratmır”- deyə bildirib.

 



Hökmü şərh edən Marion Mackay vəziyyətdən məyus olduğunu bildirib.



"Mən sadəcə davam edəcəyəm" - deyə o bildirib.

 

Aynil

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Prezidentin Pezeşkianla səmimi - GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycanda rəsmi səfərdə olub.   Sfera.az-ın məlumatına görə, Azərbaycan Prezi...

Enginlə Afra tərəf müqabili oldu

Türkiyəli aktyor Engin Akyürek sonuncu dəfə "Yalı çapkını" serialında rol alan həmkarı Afra Saraçoğlu ilə tərəf müqabili olub.   Sfera.az x...

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....