Makronun idman naziri ilə qucaqlaşıb öpüşməsi böyük səs-küyə səbəb oldu - FOTO


Makronun idman naziri ilə qucaqlaşıb öpüşməsi böyük səs-küyə səbəb oldu - FOTO

46 yaşlı Fransa prezidenti Emmanuel Makronun Paris Olimpiadasında idman naziri Amelie Oudea-Caster tərəfindən öpüldüyü foto, nisbətən azad əxlaqı ilə tanınan ölkədə böyük səs-küyə səbəb olub.
 

Sfera.az bildirir ki, Fransada sosial şəbəkələrdə hər kəs hisslərin belə ictimai nümayişinə şiddətlə reaksiya verib. Hətta Fransanın birinci xanımı Bricit Makronun öpüşə münasibətini göstərən yumorlu paylaşımlar olub. Olimpiadanın açılış mərasimində öpüşmə anını Agence France-Presse xəbər agentliyi lentə alıb. Fotoda Udea-Kasterin Makronun başını əlləri arasına alaraq yanağından öpdüyü görünür.


Sağda Fransanın Baş naziri Qabriel Attalın başqa istiqamətə baxdığını görmək olar.


Makron insanların gələcək 100 il ərzində Oyunlar haqqında danışacağını və Parisdə iki həftəlik yarışmanın bütün Fransanı qürurlandıracağını bildirib.



Fransız qadın jurnalı “Madam Figaro” Makronun Oudea-Kastera ilə qucaqlaşmasına ilk diqqət çəkərək bunu “maraqlı öpüş” adlandırıb.

 


 

Sosial media istifadəçiləri öpüşə tez reaksiya veriblər və bu anı "qlamur üslub və ehtiraslı köhnə moda Audrey Hepbern üslubunda dedi-qodu" adlandırıblar. Digərləri zarafatla, Udea-Kasterin öz işini həddindən artıq sevdiyini yazıblar.


İstifadəçilər Fransanın birinci xanımı Bricit Makronun reaksiyasını da diqqətdən kənarda qoymayıblar. “X”dəki yazıların birində, onun qətiyyətlə və sürətlə çay boyunca gəzdiyi bir video paylaşılıb. 


“Amelie Oudea-Casteri Makronla öpüşərkən görən Bricit Makron”- başlığı ilə sürətlə yayılıb.


Çoxlarının qeyd etdiyi kimi, yanaqdan öpmk Fransada səciyyəvi sevgi əlamətidir. Ancaq qucaqlamaq və boynunda bir əl, öpdüyün insanı özünə tərəf sıxmaq - bu artıq gündəlik həyatla əlaqəli deyil.


Qeyd edək ki, keçmiş tennisçi Amelie Makronla eyni yaşdadır. O, 18 ildir ki, “Société Générale” şirkətinin baş direktoru və bankir Frédéric Oudéa ilə evlidir. Cütlüyün 18, 16 və 13 yaşlı üç oğlu var.

 

Aysel

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...