Borrell Qazaxıstan və Qırğızıstana SƏFƏR EDƏCƏK

Borrell Qazaxıstan və Qırğızıstana SƏFƏR EDƏCƏK

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Qazaxıstan və Qırğızıstana səfər edəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidməti məlumat yayıb.

 

Bildirilib ki, ali nümayəndə Borrell avqustun 1-dən 3-dək Qazaxıstan və Qırğızıstanda səfərdə olacaq.

 

"Səfər çətin geosiyasi kontekstdə Aİ-nin hər iki ölkə, eləcə də bütün Mərkəzi Asiya regionu ilə əlaqələrin daha da inkişaf etdirilməsi öhdəliyini təsdiqləmək üçün mühüm fürsətdir", - məlumatda qeyd olunub.

 

Avqustun 1-də Borrell Qazaxıstan baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu ilə ikitərəfli görüş keçirəcək. Həmin gün Cozep Borrell Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə də görüşəcək.

 

Şənbə günü isə Aİ-nin baş diplomatı Qırğızıstanda xarici işlər naziri Jeenbek Kulubayev ilə ikitərəfli görüş keçirəcək. Fövqəladə hallar naziri Boobek Ajikeevlə də ayrıca danışıqlar planlaşdırılır.


OXŞAR XƏBƏRLƏR