Argentina prezidentindən Venesueladakı seçkilərə SƏRT REAKSİYA: "Saxtakarlığı tanımırıq!"
Dünya
13:17 / 29.07.2024
4822
Argentina Prezidenti Xavyer Miley ölkəsinin Venesuelanın hazırkı lideri Nikolas Maduronun prezident seçkilərindəki qələbəsini tanımaqdan imtina edəcəyini bildirib.
Sfera.az bildirir ki, Miley deyib ki, məlumat müxalifətin qələbəsinə işarə edir.
"Argentina saxtakarlığı tanımır və silahlı qüvvələrin demokratiyanı və xalqın iradəsini müdafiə edəcəyinə ümid edir",- Miley sosial şəbəkədə yazıb.
Qeyd edək ki, Venesuelada prezident seçkilərində səslərin hesablanmasından sonra hələlik rəsmi məlumat yoxdur. Hazırkı liderin qərargahı rəsmi nəticələri gözləməyə çağırsa da, qələbəni elan edib.
Maduro seçkilərdə qalib gəlibsə, o, ardıcıl olaraq üçüncü dəfə prezident olacaq.
Əzizə