Kursk səmasında 19 PUA ZƏRƏRSİZLƏŞDİRİLDİ

Kursk səmasında 19 PUA ZƏRƏRSİZLƏŞDİRİLDİ
Kateqoriya məlum deyil
T

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Kursk səması üzərində 19 ədəd pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

 

Sfera.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə vilayətin qubernatoru Aleksey Smirnov məlumat verib.

 

O bildirib ki, hücum nəticəsində elektrik xətləri və bir ədəd körpü sıradan çıxarılıb.

 

Qubernatorun sözlərinə görə, PUA-lardan sonuncusu Medvensk rayonu üzərində məhv edilib.

 

A. Smirnov həmçinin əhalini PUA-ların qalıqlarına yaxınlaşmamağa və təhlükə anında müvafiq strukturlara xəbər verməyə çağırıb. (apa)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR