Kralları belə öldürən ən məşhur lənətlənmiş zinət əşyası


Kralları belə öldürən ən məşhur lənətlənmiş zinət əşyası

“Ümid almazı” 45,52 karat ağırlığında böyük bir almazdır. Uzun illərdir şöhrət qazanmış bu sapfir mavi rəngə malikdir.


Sfera.az bildirir ki, tarixi boyu “Ümid Almazı” nın bir çox sahibləri olub və onların heç də hamısı təbii ölümlə ölməyib. Uzun müddət almazın Hindistanda yerləşən Kollur adlı mədəndən çıxarıldığına inanılırdı. Lakin yeni məlumatlar göstərir ki, “Ümid Almazı” böyük ehtimalla, bu ərazidən 300 km məsafədə yerləşən kimberlit yatağından hasil edilib.
 

“Chicago Diamond Buyer”ə görə, bu gün gözəl, lakin lənətlənmiş hesab edilən almazın dəyəri təxminən 250 milyon dollardır.


Tarixi boyu daşın 17-ci əsrdə kəşf edildiyini nəzərə alsaq, bu zinət əşyasının bir çox sahibini dəyişib. Bəzi tarixi mənbələrə görə, kəsilməmiş “Ümid Almazı” fransız və zərgərlik satıcısı Jan-Batist Tavernier tərəfindən alınıb.


 

Sonra, illər keçdikcə Ümid Almazı Fransa kralı XIV Lüdovik də daxil olmaqla kral ailəsinə məxsus olub. Nəhayət, Nyu-York zərgəri Harri Uinston bu almazı 1958-ci ildə Vaşinqtondakı “Smithsonian” İnstitutuna bağışladı. Almaz bu günə qədər orada qalıb.
 

Almazın şöhrəti Tavernierin heç vaxt daşı almadığına dair fərziyyələrdən irəli gəlir. Belə ki, fransız tacirin onu Hindistan məbədindəki hindu heykəlindən oğurladığına dair bir iddia var.


Məbədin ağsaqqalları itkini aşkar edərək, almazı və onunla birlikdə bütün sonrakı sahiblərini lənətləyiblər.

 



Bu əfsanə almazın bəzi sahiblərinin əslində gözlənilmədən ölməsi və ya digər bədbəxtlik qurbanı olması səbəbindən daha da güclənib. Lənət əfsanəsinin tərəfdarları XIV Lüdovikin və Mari Antuanettadan misal çəkirlər.
 

Bu gün mavi almaz 16 ağ almazdan ibarət kulonda quraşdırılıb və başqa 45 ağ brilyant ilə zəncirdə asılıb.


“Titanik” filmindəki qondarma bənzərinin təsvir edilməsinə baxmayaraq, əsl almaz heç vaxt bu gəminin göyərtəsində olmayıb.

 

 

Xanım

Sfea.az


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...