Olimpiadanın açılışına bir neçə saat qalmış dəmir yolunda təxribat baş verib


Olimpiadanın açılışına bir neçə saat qalmış dəmir yolunda təxribat baş verib

Paris Olimpiadasının açılış mərasiminə saatlar qalmış nəqliyyat ölkənin yüksək sürətli dəmir yolu şəbəkəsi təxribat aktlarına məruz qalıb.


Sfera.az xəbər verir ki, bu barədə milli dəmir yolu operatoru SNCF məlumat yayıb.


Təhqiqata yaxın mənbə bildirib ki, hücumlar təxribat aktlarıdır.


"Bu, nəqliyyat şəbəkəsini iflic etməyə yönəlmiş genişmiqyaslı bir hücumdur" deyən SNCF, bir çox marşrutun ləğv edilməli olduğunu əlavə edib.


Milli dəmir yolu operatoru hücumların Atlantik, Şimal və Şərq xətlərinə təsir etdiyini əlavə edərək, SNCF-nin bir gecədə eyni vaxtda bir neçə hücumun qurbanı olduğunu qeyd edib.

SNCF sərnişinləri səyahəti təxirə salmağa və qatar stansiyalarına getməməyə çağırıb. Agentliyin məlumatına görə, hücumlar nəticəsində 800 minə yaxın sərnişin zərər çəkib.


Həmçinin London və Paris arasındakı qatar xidmətinin dayandığı və bunun bir neçə uçuşun ləğvinə səbəb olduğu bildirilir.


Hücumlar Parisin 7500 idmançı, 300 000 tamaşaçı və çoxlu VIP-lərin qatılacağı açılış mərasiminə hazırlaşdığı vaxta təsadüf edir. Parad şəklində ilk dəfə baş tutacaq açılış mərasimi iyulun 26-da axşam saatlarında baş tutacaq.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...