Logo

Türkiyədə fabriklərdə başlayan yanğın söndürüldü- YENİLƏNDİ - 2

Türkiyədə fabriklərdə başlayan yanğın söndürüldü - YENİLƏNDİ - 2
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Bursa şəhərində fabriklərdə başlayan yanğın söndürülüb.

Sfera.az xəbər verir ki, bu barədə “Star” məlumat yayıb.

Məlumata görə, yanğın nəticəsində ümumilikdə 7 obyektə ziyan dəyib. Qeyd olunub ki, Onlardan 3-ü boş olub.

Digər dörd müəssisəyə dəymiş ziyan digərlərinə nisbətən daha ciddidir.

***

13:07

Türkiyənin Bursa şəhərində kağız və lif istehsalı ilə məşğul olan fabriklərdəki yanğının miqyası genişlənib.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i də məlumat yayılıb.

Bildirilib ki, yanğın ətrafdakı müəssisələrə də keçib.

Qeyd olunub ki, yanğın əvvəlcə təkrar emal müəssisəsində başlayıb və sonra kənar ərazilərə yayılıb.

***

12:07

Türkiyənin Bursa şəhərində kağız və lif istehsalı ilə məşğul olan fabriklər yanır.

Sfera.az “Habertürk”ə istinadən xəbər verir ki, əraziyə xeyli sayda yanğınsöndürən, o cümlədən helikopter cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Hadisənin başvermə səbəbi məlum deyil. (report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR