ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

ABŞ və Böyük Britaniya Yəmənin şimal-qərbindəki Həccə və Hodeyda əyalətlərinə aviazərbələr endirib.

 

Bu barədə husilərə məxsus "Al Masirah” telekanalı məlumat yayıb.

 

Ümumilikdə dörd hava zərbəsi endirilib. Tələfat və dağıntılar barədə məlumat verilmir.

 

Bir gün əvvəl İsrail Müdafiə Qüvvələri Hodeyda limanına hücum edib.

 

"Al Hadath” telekanalı isə bildirib ki, hava hücumunda "F-35” qırıcıları da daxil olmaqla, İsrail Hərbi Hava Qüvvələrinə məxsus ən azı 12 təyyarə iştirak edib.

 

Belə ki, Hudeyda limanında neft anbarları, şəhərin elektrik stansiyası, eləcə də hərbi polis binası bombalanıb. Nəticədə 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

 

Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra husilər xəbərdarlıq edib ki, İsraili atəşə tutacaq və əməliyyatlar dayandırılana qədər gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcək. 2023-cü ilin noyabrından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum edib.

 

Buna cavab olaraq, ABŞ Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiyanın yaradıldığını və "Prosperity Guardian” əməliyyatına başladığını elan edib.

 

///Report


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda yaşayış binasında partlayış: ölən xəsarət alanlar var

Gəncədə binada partlayış baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.   5 mərtəbəli yaşayış binasında b...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...

Lənkəranda gənc oğlan öldürüldü, saxlanılan var

Oktyabrın 17-si saat 22 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə yerləşdiril...