Almaniyada polis tələbənin oğurlanmış çətənə kolunu özünə qaytardı


Almaniyada polis tələbənin oğurlanmış çətənə kolunu özünə qaytardı

Almaniyada hüquq-mühafizə orqanlarının əməkdaşları naməlum şəxsin balkondan oğurladığı çətənə kolunu 22 yaşlı tələbəyə qaytarıblar. Bu hadisə cəmiyyətdə böyük rezonans doğurub və polislər sosial şəbəkələrdə “xalq qəhrəmanı”na çevrilib.


Sfera.az bildirir ki, hadisə Almaniyanın Braunşveyq şəhərində baş verib. Conas adlı tələbə Almaniyada narkotik qanuniləşdirildikdən sonra çətənəni balkonundakı gül dibçəklərində yetişdirməyə başlayıb. Ötən gün o, evə gələrkən gül dibçəklərindən birinin yoxa çıxdığını görüb, polisə müraciət edib.
 

Conas torpağa toxum əkərkən, həm də orada Apple cihazlarının sahiblərinə əşyalarını tapmağa kömək edən suya davamlı AirTag izləyicisini basdırıb. Bu, hüquq-mühafizə orqanlarının əməkdaşlarının işini asanlaşdırıb.
 

İzləyicinin sayəsində polis oğrunu tapıb. Onun 18 yaşlı yerli sakin olduğu məlum olub. Ertəsi gün polis əməkdaşı oğurluq edən şəxslə əlaqə saxlayıb və izləyicinin qeydə alındığı ünvanda axtarış əmrinin olduğunu bildirib.
 

Polis sonda dibçəyi oğrunun eyvanından götürüb. Bir müddət şöbədə qalan çətənə kolunu, Conas nəhayət götürüb.
 

Conasın polis idarəsinin yaxınlığındakı çətənə kolu ilə çəkdirdiyi foto sosial şəbəkələrdə sensasiya yaradıb və səs-küyə səbəb olub.

 

Aynil


OXŞAR XƏBƏRLƏR