Nikol Paşinyan məzuniyyətə çıxdı

Nikol Paşinyan məzuniyyətə çıxdı
Kateqoriya məlum deyil
T

Ermənistanın Baş naziri Nikol Paşinyan məzuniyyətə çıxıb. 

 

Sfera.az bildirir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

 

Belə ki, Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan onun avqustun 12-dək məzuniyyətdə olacağını deyib.

 

“Paşinyan iyulun 15-dən məzuniyyətdədir. Baş nazir məzuniyyətinin böyük hissəsini Ermənistanda keçirəcək”,  - o qeyd edib. 

 

Nazeli Baqdasaryan həmçinin bildirib ki, Nikol Paşinyan bu həftə Londonda keçiriləcək Avropa Siyasi Birliyinin dördüncü sammitində iştirak edəcəyi üçün məzuniyyətini yarımçıq qoyacaq. 

 

Türkan
 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR