Erməni nazirlə İran səfiri müdafiə sahəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİLƏR

Kateqoriya məlum deyil
T
Ermənistanın müdafiə naziri Suren Papikyan və İranın İrəvandakı səfiri Mehdi Sobhani müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər.
Sfera.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Görüş zamanı müdafiə sahəsində Ermənistan-İran əməkdaşlığı, həmçinin regional təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib”, - məlumatda qeyd olunub.






