Avropada əhalisi ən yaxşı yaşayan ölkələr - ADLAR

Avropada əhalisi ən yaxşı yaşayan ölkələr - ADLAR

“Euronews Business” media orqanı Avropa İttifaqının Statistika Təşkilatının (Eurostat) məlumatları əsasında 2023-cü ildə Avropa ölkələrində işçilərin ortaillik xalis qazancını hesablayıb. Hesablama zamanı media qurumu siyahıya Türkiyəni də əlavə edib.

 

Sfera.az bu araşdırmaya istinadən xəbər verir ki, siyahıda ən aşağı yerdə Türkiyə qərarlaşıb.

 

Türkiyədə adambaşına düşən ortaillik xalis gəlir 8 min 968 avro təşkil edib. Avropa İttifaqı ölkələrində isə ortaillik qazanc 28 min 217 avro olub. Avropalılar bu pulu həftədə 36,4 saat işləməklə əldə ediblər.

 

Araşdırmaya əsasən, ortaillik xalis gəliri ən yüksək olan ölkə İsveçrədir. Burada illik qazanc 85 min 582 avrodur.

 

Sıralamada növbəti yerləri 55 min avro ilə İslandiya, 50 min avro ilə Lüksemburq, 45 min avro ilə Norveç və Hollandiya, 47 min avro ilə İrlandiya, 45 min avro ilə Danimarka tutur.

 

Avropada ən aşağı gəlir Bolqarıstanda (9 min 355 avro), Rumıniyada (11 min 105 avro), Xorvatiyada (12 min 330 avro) və Macarıstanda (12 min 456 avro) qeydə alınıb. Adıçəkilən bu ölkələr Şərqi Avropa ölkələridir.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR