Rusiya Kiyevə ağır zərbə endirdi - Matəm elan olundu


Rusiya Kiyevə ağır zərbə endirdi - Matəm elan olundu

Ukraynanın paytaxtı Kiyevdə iyulun 9-u matəm elan olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko "Telegram" hesabında məlumat verib.

 

Bu gün şəhərdəki bütün bələdiyyə binalarında bayraqlar endiriləcək, həmçinin dövlət və özəl binalarda dövlət bayraqlarının endirilməsi tövsiyə olunur.

 

Qeyd edək ki, bu gün Rusiya müxtəlif tipli 40-dan çox raketlə Ukraynaya hücum edib. Kiyev, Dnepr, Krivoy Roq, Slavyansk, Kramatorskda yaşayış binalarına, infrastruktura və uşaq xəstəxanasına ziyan dəyib.

 

Hücumlar nəticəsində 22 nəfər həlak olub, 72 nəfər yaralanıb.


OXŞAR XƏBƏRLƏR