Nebenzya: "Tramp Rusiya-Ukrayna müharibəsini bir gecədə həll edə bilməz"

Nebenzya: "Tramp Rusiya-Ukrayna müharibəsini bir gecədə həll edə bilməz"

Rusiyanın  BMT -dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Ukraynadakı münaqişə  ABŞ-nin keçmiş prezidenti Donald Trampın bəyanatlarına baxmayaraq, bir gecədə həll edilə bilməz. 

 

Sfera.az xəbər verir ki, onun sözlərini "RİA Novosti" sitat gətirib.

 

"Ukrayna böhranı bir gündə həll edilə bilməz",- o qeyd edib.

 

Tramp bundan əvvəl dəfələrlə bəyan edib ki, yenidən seçiləndən sonra 24 saat ərzində Rusiya və Ukrayna arasında münaqişənin həllinə nail olmaq niyyətindədir.

 

Bundan əvvəl ABŞ-nin keçmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukraynadakı münaqişəyə son qoymaq üçün səsləndirdiyi şərtləri qəbuledilməz hesab etdiyini bildirib.

 

İnci


OXŞAR XƏBƏRLƏR