Liviya və Tunis sərhədindəki keçid məntəqəsinin fəaliyyəti BƏRPA EDİLDİ

Liviya və Tunis sərhədindəki keçid məntəqəsinin fəaliyyəti BƏRPA EDİLDİ

Liviya Milli Birlik Hökuməti (GNU) və Tunis hakimiyyəti iki ölkə sərhədində yerləşən və üç aydan çox bağlı qalan Ras Jdir keçid məntəqəsinin fəaliyyətini bərpa edib.

 

Sfera.az-ın məlumatına görə, bu barədə PNE sosial şəbəkədəki rəsmi səhifəsində məlumat yayıb.

 

Açıqlamaya görə, keçid məntəqəsinin açılış mərasimində Tunisin daxili işlər naziri Xalid Nuri iştirak edib.

 

Ras Jdir sərhəd-keçid məntəqəsi mart ayında sərhədin Liviya tərəfində silahlı qruplarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalardan sonra təhlükəsizlik məqsədilə bağlanmışdı. Bu keçid məntəqəsi iki ölkə arasında mühüm sərnişin və ticarət yolu üzərindədir.

 

Tunis və Liviya arasında bu keçid məntəqəsinin açılmasını nəzərdə tutan təhlükəsizlik sazişi iyunun əvvəlində imzalanıb, lakin onun işinin bərpası texniki səbəblərdən bir neçə dəfə təxirə salınıb.


OXŞAR XƏBƏRLƏR

Bu canlı 500 il yaşayırmış - Alimlərdən MARAQLI KƏŞF

Alimlər Qrenlandiya köpəkbalıqlarının 500 ildən çox yaşadığını kəşf ediblər.    Sfera.az xəbər verir ki, tədqiqat Praqada Eksperimental Biologiy...

Şolz: "Almaniya Kiyevin təslim olmasını nəzərdə tutan atəşkəsi dəstəkləməyəcək"

Almaniya kansleri Olaf Şolz bildirib ki, Almaniya Ukraynanın təslim olmasını nəzərdə tutan atəşkəs planını dəstəkləyə bilməz. Sfera.az xəbər verir  ki...

İsrail girovlarla bağlı HƏMAS-dan CAVAB ALDI

İsrail HƏMAS-ın girov təklifinə reaksiyasını öyrənir və bu proses başa çatdıqdan sonra şərhini verəcəyini gözləyir.  Sfera.az xəbər verir ki, TASS bu ...

“Ben bu cihana sığmazam”ın aktyoru evləndi- VİDEO

Türkiyənin məşhur “Ben bu cihana sığmazam” serialının aktyoru Kerem Kupacı uzun müddətdir birlikdə olduğu vəkil sevgilisi Ece Ceyhanlı ailə qur...

Azərbaycan-Türkiyə-Pakistan arasında bir sıra sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi APARILDI

İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasın...

Goranboy DYP-yə yeni rəis TƏYİN OLUNDU

Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin olunub .   Sfera.az-ın məlumatına görə, bu vəzifəyə baş leytenant Əli...