Bayden istefa verəcək? - Bill Klintonun müşavirindən AÇIQLAMA

Bayden istefa verəcək? - Bill Klintonun müşavirindən AÇIQLAMA

ABŞ Prezidenti Co Baydenin seçkidə Donald Trampı məğlub etmək şansı 25 faizdir. 


Sfera.az "Frankfurter Allgemeine Zeitung"ə (FAZ) istinadən  xəbər verir ki, bu barədə keçmiş Amerika lideri Bill Klintonun 1993-1995-ci illərdə Ağ Evdə daxili siyasət üzrə müşaviri Uilyam Qalston bildirib.

 

“Təsəvvür edək ki, bundan sonra hər şey yaxşı olacaq və Bayden üçün hər şey mükəmməl gedəcək. Onda onun şansı 25 və ya maksimum 33% təşkil edir, artıq yox”,- Qalston qeyd edib.

 

Qalston vurğulayıb ki, demokratların yeni prezidentliyə namizəd axtarıb-axtarmaması sualına dəqiq cavab yoxdur.

 

“Prezident Baydenin Donald Trampa qarşı zəif debat performansı seçkilərdə məğlubiyyət qorxusunu artırdı. Digər tərəfdən, hazırda onun dəyişdirilməsi prosesi ilə bağlı böyük qeyri-müəyyənlik var ki, bu da istənilən halda yalnız onun razılığı ilə mümkün olacaq”, - deyə Klintonun müşaviri izah edib.

 

Ekspert vurğulayıb ki, Baydenin prezidentlik yarışından geri çəkilməsi hazırda bütün partiyada fəal şəkildə müzakirə olunur. 

 

"Lakin sonda prezidentin özü istefasını elan edənə qədər bütün bu müzakirələr salon oyunudur",-o fikrini yekunlaşdırıb. 


İnci

 


OXŞAR XƏBƏRLƏR

Meyxanadan gedən Orxan xalq mahnısı oxudu, tənqid edildi -VİDEO

Bir müddət öncə meyxanadan uzaqlaşdığını açıqlayan Orxan Lökbatanlının yeni yayılan videosu müzakirə yaradıb.   Sfra.az Olay.az-a istinadən xəbər ver...

XİN: "Azərbaycan-Çin ənənəvi dostluq və əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf etməkdədir"

Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələri son illər ərzində yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycan və Çin liderləri arasındakı ...

Bu avtobusların hərəkət istiqaməti DƏYİŞİR

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar 4 iyul saat 07:00-dan 5 iyul saat 22:00-dək Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən İsmayıl bəy ...

Məşhur aparıcı ATV-dən AYRILIR - Tərəflər arasında...

"Xəzər" TV artıq indidən yeni mövsüm hazırlıqlarına başlayıb. Kanalın direktoru Murad Dadaşov digər kanalların bir çox tanınmış simalarını da kanala t...

Avtomobildə sıxılı vəziyyətdə qalmış vətəndaş xilas edilib -VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu ərazisində Kənar Dairəvi yolda yol-nəqliyyat qəzasının baş vermə...

İyun ayında 47 sel hadisəsi qeydə ALINDI

2024-cü ilin iyun ayında yağan intensiv leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqaz, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan...