Polşada kimyəvi tullantılar poliqonunda YANĞIN OLDU

Polşada kimyəvi tullantılar poliqonunda YANĞIN OLDU
Kateqoriya məlum deyil
T

Polşanın Lodz voyevodalığının Volya Laska yaşayış məntəqəsində kimyəvi tullantılar poliqonunda yanğın baş verib, nəticədə 6 nəfər xəsarət alıb.

 

Sfera.az xəbər verir ki, bu barədə RMF FM radiostansiyasına yanğınsöndürmə xidmətinin Lodzdakı nümayəndəsi Lukaş Qurçinski məlumat verib.

 

“İlkin olaraq 6 zərərçəkənlə bağlı məlumatımız var”, - o bildirib.

 

Nümayəndənin sözlərinə görə, hadisə yerinə 19 yanğınsöndürmə briqadası, həmçinin kimyəvi çirklənmə ilə işləyən xüsusi xilasedicilər qrupu cəlb edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR