Balidə tətil ailə üçün əsl cəhənnəmə ÇEVRİLDİ - FOTO

Balidə tətil ailə üçün əsl cəhənnəmə ÇEVRİLDİ - FOTO

Nyukasldan (Avstraliya) olan bir cütlük, Balidə keçirdikləri tətilin cəhənnəmə çevrilməsindən sonra sığorta şirkətlərini tənqid ediblər. Təzminat almadan əvvəl ailə müalicə üçün cibindən 8 min dollar ödəyib.

 

Sfera.az bildirir ki, 29 yaşlı Kayla Heagney və onun həyat yoldaşı 30 yaşlı Nikola Foks keçən həftə iki yaşlı oğlu ilə İndoneziyaya gediblər. Ailə səfəri çoxdan planlaşdırıb. Bu, Foksun 30 illik yubileyinə hədiyyə idi, lakin hər şey alt-üst olub. 

 

Gələn kimi Kayla şiddətli ağrı hiss edib və xəstəxanada müayinə olunmağa qərar verib. Qadına kəskin mədəaltı vəz diaqnozu qoyulub, bundan sonra o, dərhal reanimasiyaya yerləşdirilib. Orada qalmaq, əlavə tibbi xərclər nəzərə alınmadan bir gecəlik 1500 dollara başa gəlir.


Foks xərclərin ödənilib-ödənilməyəcəyini yoxlamaq üçün sığorta şirkəti ilə əlaqə saxlayıb.

 

"Onlar dedilər ki, araşdırma aparmaq və Kaylanın Baliyə gəlməmişdən əvvəl xəstə olmadığına əmin olmaq üçün ən azı 24 saat vaxt lazımdır"- həyat yoldaşı bildirib. 

 

Öz növbəsində ailə həkimi turistlərə Avstraliyaya uçmağı tövsiyə edib.

 

Müalicə üçün çox pul xərclədikdən sonra Nikola geri qayıtmaq üçün aviabiletlərin pulunu atasından istəmək məcburiyyətində qalıb.


Sığorta şirkəti sonradan onların müalicə xərclərini qarşılasa da, müştərilər xidmətdən narazı qalıblar.

 

Foks, digər səyahətçilərə tətilə getməzdən əvvəl səyahət sığortasını yoxlamağı tövsiyə edir. 

 

"Biz şanslı idik ki, yanımızda az miqdarda pul var idi, lakin biz kompensasiya gözlədiyimiz müddətdə əlimizdə olan pul da tükəndi".

 

 

Aynil


OXŞAR XƏBƏRLƏR