Yalnız Cinayətkarları Öldürən Braziliyalı DEXTER

Yalnız Cinayətkarları Öldürən Braziliyalı DEXTER

Pedrinho Matador ləqəbi ilə tanınan braziliyalı serial qatil Pedro Rodrigues Filho, məşhur Dexter serialının real versiyası kimi bir şeydir. Pedro Rodrigues Filho braziliyalı serialı qatildir. O, 1954-cü ildə anadan olub, ümumilikdə 71 qətl törədib və 128 il müddətinə azadlıqdan məhrum edilib. 

 

Sfera.az bildirir ki, bu adamı digər serial qatillərdən fərqləndirən onun qurbanlarının cinayətkar olmasıdır. 

 

Onun ilk cinayəti məktəb gözətçisi olan atasını oğurluq etdiyini əsas gətirərək işdən çıxaran bələdiyyə sədrinin müavinini ov tüfəngi ilə güllələmək olub. Bu zaman onun 14 yaşı olub. O, qısa müddət sonra ikinci qətlini törədir və əsl oğurluğu törədən məktəb gözətçisini öldürür.

 

Pedro San-Pauluya qaçır, burada əvvəlcə bir narkotik tacirini və bir neçə oğrunu öldürür, sonra isə aşiq olur. Bir müddət eşq yaşadığı qadınla birlikdə yaşayan Pedronun xoşbəxtliyi mafiyanın sevgilisini öldürməsi ilə bitib. Pedro qaçır, amma dinc də dayanmır. Sevgilisini öldürən adamı tapmaq üçün çoxlu adam öldürür, bəzilərinə işgəncə verir. Nəticədə məqsədinə çatır.

 

"Dexter" Pedronun növbəti cinayəti də intiqam üçün olan qətldir. Anasını pala ilə öldürən atasına həbsxanada olarkən 22 bıçaq zərbəsi vurur, ürəyini çıxarır, çeynəyir və tüpürür.

 

Təbii ki, Braziliya polisi səriştəsiz, korrupsionerlərdən ibarət olsa da, 1973-cü ildə bu qədər diqqət çəkən birini tutmaya bilməzdi. Pedronun həbsxanaya gedəcəyi avtomobildə biri təcavüzkar olan daha iki cinayətkar da var idi. Təsəvvür etdiyiniz kimi, polislər cinayətkarları çıxarmaq üçün həbsxananın qabağında qapıları açanda təcavüz edən artıq ölmüşdü.

 

Pedro Əfəndinin cinayətləri həbsxanada da bitmir. O, sözün əsl mənasında qoyun ahılına girən canavar həyatı yaşayıb, burada daha 47 qətl törədib. O, müsahibəsində digər cinayətkarları öldürməkdən böyük zövq aldığını və ən çox sevdiyi qətl üsulunun qurbanlarını bıçaqla kəsib parçalamaq olduğunu bildirib.

 

128 il həbs cəzası ilə həbsxanaya girib, bir müddət sonra bu rəqəm 400-ə çatdı, lakin Braziliya qanunlarına görə, cəzasının 34 ilno çəkdikdən sonra 2007-ci ildə həbsdən çıxa bilib.

 

Aynil
 


OXŞAR XƏBƏRLƏR