Rusiya FTX çağırışçıların şəxsi işlərinə giriş ƏLDƏ ETDİ

Rusiya FTX çağırışçıların şəxsi işlərinə giriş ƏLDƏ ETDİ
Kateqoriya məlum deyil
T

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) bu qurumda müddətli xidmətə müraciət edən çağırışçıların şəxsi işlərini öyrənə biləcək.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu, Rusiya Federasiyası hökumətinin qərarında əksini tapıb.

 

Bundan əvvəl FTX-yə qurumda hərbi xidmət üçün çağırışçıların seçilməsində iştirak etmək hüququ verilib.

 

"FTX orqanları xidmətin strukturlarında hərbi xidmətin xüsusi vəzifələrini yerinə yetirmək üçün hərbi xidmətə çağırılacaq vətəndaşların seçilməsində, o cümlədən bu vətəndaşlar üçün sənədlərə giriş əldə etməklə iştirak edirlər", - Nazirlər Kabinetinin qərarında bildirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR