Cənubi Koreyada depressiyaya düşmüş robot özünü pilləkənlərdən aşağı ATDI - FOTO

Cənubi Koreyada depressiyaya düşmüş robot özünü pilləkənlərdən aşağı ATDI - FOTO

Cənubi Koreyada “depressiyaya düşmüş” kuryer robotu “iş yerində yandığı” iddiası ilə özünü pilləkənlərdən aşağı atıb.

 

Sfera.az bildirir ki, sənədləri çatdırmaq üçün nəzərdə tutulmuş robot iş yükünün öhdəsindən gələ bilməyib. Yanında ekranı olan ağ qaba bənzəyən dövlət sektorunun bu metal “işçisi” sənədləri sakinlərə çatdırmaq üçün nəzərdə tutulub. Motoru yandıqdan sonra pilləkənlərdən yıxılıb.

 

Şahidlərin dediyinə görə, onu əvvəlcə bir yerdə dövrə vurduğunu, daha sonra “depressiyada" oturduğunu görüblər. Cənubi Koreyanın cənub-şərqində yerləşən Qumi şəhər şurasının rəsmisi “intiharın” səbəbi ilə bağlı araşdırma başlayıb.


“Parçalar artıq toplanıb, bütün sübutlar yoxlanılacaq”-deyə o əlavə edib.

 

Qumi Şəhər Şurasının bütün əməkdaşları robotu komandanın bir hissəsi hesab edirdilər. 

 

İşçilər robotun sənədləri çatdırmaqda və yerli sakinlərə məlumat ötürməkdə kömək etdiyini, biri işçi isə çox çalışdığını əlavə edib. Bot keçən il istifadəyə verilib, səhər saat 9-dan axşam 6-ya kimi işləyib və dövlət qulluğu işçiləri kimi kartı olub. Robot, mərtəbələr arasında hərəkət etmək üçün lifti özü çağıracaq qədər ağıllı olub.

 

Qeyd edək ki, Cənubi Koreya dünyada robotların ən yüksək sıxlığına malik ölkədir: təxminən hər 10 işçiyə bir “metal köməkçi” düşür.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR