Keçmiş səfir Belarusda İNTİHAR ETDİ

Keçmiş səfir Belarusda İNTİHAR ETDİ

Belarusun Almaniyadakı keçmiş səfiri Denis Sidorenko intihar edib. O, Minskdə çoxmərtəbəli binanın pəncərəsindən özünü atıb.


Sfera.az bildirir ki, Sidorenko 2016-cı ildən 2024-cü ilə qədər Almaniyada səfir vəzifəsində çalışıb. Martın 11-də ölkə prezidenti Aleksandr Lukaşenko fərmanı ilə onu bu vəzifədən uzaqlaşdırıb.


Jurnalist mənbələrinin məlumatına görə, Sidorenko Almaniyadan qayıtdıqdan sonra Belarus Dövlət Təhlükəsizlik Komitəsinin yaxından diqqət obyektinə çevrilib.

 

Bildirilir ki, o, sorğu-suallardan  müsbət çıxmayıb və görünür, baş verənlərə dözə bilməyib.


Jurnalistlərin fikrincə, Aİ ölkələrindən qayıdan bir çox belarus diplomatı təhlükəsizlik xidmətləri tərəfindən daim yoxlanılır.

 

2022-ci ilin noyabrında Belarus Xarici İşlər Nazirliyinin 64 yaşlı rəhbəri Vladimir Makey vəfat edib. Bəzi məlumatlara görə, bu da intihar olub. Daha sonra 46 yaşlı nəqliyyat naziri Aleksey Avramenko da intihar edib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR