Obama Baydeni dəstəkləmədi - SƏBƏB

Obama Baydeni dəstəkləmədi - SƏBƏB

ABŞ-nin 44-cü prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama şəxsi bəyənmədiyi üçün indiki prezident Co Baydenin seçki kampaniyasında iştirak etmir. 

 

Sfera.az xəbər verir ki, bu barədə Amerika mətbuatı xəbər yayıb.

 

Məlumata görə, ABŞ Demokratlar Partiyasının da ən məşhur simalarından olan keçmiş birinci xanım ailə problemləri və partiyanın siyasi xətti ilə razılaşmadığı üçün Baydenin seçki kampaniyasında iştirak etmir. Problemlərin səbəbi Baydenin oğlu Hanterin keçmiş həyat yoldaşı Ketlin Bullenin 2019-cu ildə ailə dairəsindən uzaqlaşdırılması olub. Ketlin Mişel Obamanın yaxın dostudur. Məhz bu səbəbdən Obama hələ 2020-ci il seçkilərində Baydenin kampaniyasını dəstəkləməkdən imtina etmişdi. 

 

İnci


OXŞAR XƏBƏRLƏR