Ermənistan NATO-nun ABŞ-də keçiriləcək sammitində İŞTİRAK EDƏCƏK
![Ermənistan NATO-nun ABŞ-də keçiriləcək sammitində İŞTİRAK EDƏCƏK](https://sfera.az/photo/orginal/2024/06/28/1719596901_img_3852.png)
Dünya
22:00 / 28.06.2024
2583
Ermənistan Vaşinqtonda keçirilməsi planlaşdırılan NATO sammitinin tərəfdaşlıq formatı tədbirində iştirak etməyə razılıq verib.
Sfera.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.
“Ermənistan Vaşinqtonda keçiriləcək NATO sammitinin tərəfdaşlıq formatı tədbirində iştirak etmək üçün dəvət alıb və iştirakını təsdiqləyib”, - Badalyan vurğulayıb.