Qaçqınların olduğu qatar və avtobus toqquşub - İnsanlar yanaraq ÖLDÜLƏR

Qaçqınların olduğu qatar və avtobus toqquşub - İnsanlar yanaraq ÖLDÜLƏR

İyunun 27-də axşam saat 6 radələrində Slovakiya ərazisində Ukrayna qaçqınlarını daşıyan Budapeşt-Praqa qatarı sərnişin avtobusu ilə toqquşub. 


Sfera.az bildirir ki, yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. Xəsarət alanlar arasında avtobus sürücüsü və qatar maşinisti də olub. 


Qəzadan sonra yanğın başlayıb. Azı 6 nəfər ölüb, 5 nəfər yaralanıb.


Bütün qurbanlar avtobusda yanaraq ölüblər.

 

Qəzanın səbəbi məlum deyil, araşdırmalar davam edir.

 

Slovakiya KİV-lərinin Slovakiya Respublikasının Xilasetmə Xidmətinin Əməliyyat Mərkəzinə istinadən yaydığı məlumata görə, hadisə yerinə iki xilasedici helikopter göndərilib.


Yolun tamamilə keçilməz olduğu və dolama yolun olduğu bildirilir. Avtobusun dağılmış hissəsinin çıxarılması davam edir. Xilasedicilər hələ də itlərlə birlikdə dağıntıları axtarırlar, qurbanların artacağı istisna edilmir. 


Avtobusun sahibinin sözlərinə görə, sürücü 1988-ci ildən sükan arxasında olan təcrübəli sürücü olub. 53 yaşı var. O da ağır vəziyyətdə xəstəxanaya çatdırılanlar arasındadır.

 

Aynil


OXŞAR XƏBƏRLƏR