Şolz naziri Çinlə razılaşmaya görə TƏNQİD ETDİ

Şolz naziri Çinlə razılaşmaya görə TƏNQİD ETDİ

Almaniya kansleri Olaf Şolz Almaniya Nəqliyyat Nazirliyinin rəhbəri Volker Vissinqi müvafiq addımı Nazirlər Kabineti ilə əlaqələndirmədən Çinlə saziş imzaladığını  tənqid edib. 

 

Sfera.az xəbər verir ki, bu barədə Almaniyanın "ZDF" telekanalı məlumat yayıb.

 

Almaniya kansleri federal hökumətin Çinə qarşı bir strategiyası olduğunu və hökumət olaraq onların həmişə ümumi prinsiplə uyğun hərəkət etdiyini deyib.

 

Bildirilir ki, bu həftə Çinə səfəri zamanı Vissinq niyyət sazişi imzalayıb ki, bu da  Pekin və Berlin arasında transsərhəd məlumatların ötürülməsi sahəsində problemin həllinə gətirib çıxarmalıdır.

 

İnci


OXŞAR XƏBƏRLƏR