“İl sonuna kimi münaqişənin sülh yolu ilə həlli üçün plan hazırlayacağıq”
Dünya
19:40 / 28.06.2024
3634
“Ukrayna ilin sonuna kimi Rusiya ilə münaqişənin sülh yolu ilə həlli üçün plan hazırlayacaq”
Sfera.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə Sloveniya lideri Nataşa Pirc Musarla keçirdiyi mətbuat konfransında bildirib.
O, özünün “sülh formulu” ilə bağlı ilk sammitdən sonra enerji, ərzaq təhlükəsizliyi və məhbus mübadiləsi sahələrində müfəssəl planların hazırlanmasından danışıb. Siyasətçi beynəlxalq tərəfdaşlarla birgə təşəbbüsünün qalan bəndləri üzrə nizamlanma planının hazırlandığını da açıqlayıb.