Ərdoğan: "Türkiyə Suriya ilə diplomatik əlaqələri bərpa etməyə hazırdır"

Ərdoğan: "Türkiyə Suriya ilə diplomatik əlaqələri bərpa etməyə hazırdır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin Suriya ilə diplomatik münasibətləri bərpa etməməsi üçün heç bir səbəb yoxdur. Ankara Dəməşqlə əlaqələri inkişaf etdirməyi planlaşdırır və Ərəb Respublikasının daxili işlərinə qarışmaq niyyətində deyil.


Sfera.az türk mediasına istinadən xəbər verir ki, Ərdoğan xatırladıb ki, o, Suriya Prezidenti Bəşər Əsədlə ailəvi dost olub.

 

İyunun 26-da  isə Əsəd bildirib ki, bu proses Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmətə əsaslanarsa, Dəməşq Ankara ilə münasibətlərin normallaşmasına müsbət yanaşır.

 

Ərəb Respublikasının lideri əlavə edib ki, bu, regionda sabitliyi gücləndirəcək.

 

İnci


OXŞAR XƏBƏRLƏR