İranda səsvermə gecə yarısına qədər uzadıldı -YENİLƏNDİ

İranda səsvermə gecə yarısına qədər uzadıldı -YENİLƏNDİ

İranda növbədənkənar prezident seçkilərində səsvermə daha iki saat uzadılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.

 

Seçkiyə gec gələnlərin səs verməsi üçün səsverməni daha iki saat - yerli vaxtla 00:00-a (Bakı vaxtı ilə saat 00:30-a qədər) qədər uzadılıb.

 

Artıq üçüncü dəfədir səsvermə müddəti iki saat uzadılır.

 

Seçkilərin ilkin nəticələri şənbə günü, rəsmi hesablama isə növbəti gün elan ediləcək.

 

Namizədlərdən heç biri 50 faiz səs toplaya bilməyəcəyi halda səsvermənin ikinci turu iyulun 5-də keçiriləcək.

 

***

 

19:10

 

İranda növbədənkənar prezident seçkilərində səsvermə vaxtı 2 saat uzadılıb.


Sfera.az xəbər verir ki, bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.



Eslami ölkə üzrə səsvermə vaxtının yerli vaxtla saat 20:00-a qədər uzadıldığını açıqlayıb.


OXŞAR XƏBƏRLƏR