Şri-Lanka Rusiyadan müharibədə həlak olan muzdlulara görə təzminat TƏLƏB ETDİ - FOTO

Şri-Lanka Rusiyadan müharibədə həlak olan muzdlulara görə təzminat TƏLƏB ETDİ - FOTO

Şri-Lanka Rusiyadan Ukraynadakı müharibə zamanı öz vətəndaşı muzdluların ölümünə görə təzminat istəyib. Bu barədə Şri-Lanka Xarici İşlər Nazirliyinin rəsmi saytında bildirilir.

 

Sfera.az bildirir ki, KİV-də yayılan məlumatlara görə, bu məsələ Moskvada xarici işlər üzrə dövlət naziri Tharaka Balasuriyanın sədrliyi ilə keçirilən danışıqlarda müzakirə olunub.

 

Şri-Lanka nümayəndə heyəti Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və müdafiə nazirinin müavini Aleksandr Fomin ilə görüşüb. Müzakirə mövzusu 17 ölən və yaralanan muzdluların ailələrinə ödəniləcək ödənişlər, işə qəbul edənlərlə müqavilələrin vaxtından əvvəl dayandırılması və lazımi mükafatların ödənilməsi olub. Lakin məlumatlarda yaralı muzdluların sayı göstərilmir.

 

Şri-Lanka Xarici İşlər Nazirliyinin nümayəndələrinin Rusiya ilə rəsmi görüşündən foto:

 


"Görüş zamanı Şri-Lanka iki tərəfin rəsmi şəxslərindən ibarət birgə işçi komitəsinin yaradılmasını təklif edib. Komitə yerləşdirilən Şri-Lankalıların problemlərini və narahatlıqlarını həll etmək üçün müntəzəm görüşlər keçirəcək. Hər iki tərəf məsələlər üzrə qarşılıqlı fəaliyyəti davam etdirmək barədə razılığa gəliblər. Təkliflər nəzərdən keçirilir”- deyə Şri-Lanka Xarici İşlər Nazirliyindən bildirilib. 

 

Qeyd edək ki, medianın yazdığına görə, müharibədə hər iki tərəfdən ən azı iki min Şri-Lankalı iştirak edir. Rusiya Xarici İşlər Nazirliyi görüşlə bağlı ətraflı məlumat verməyib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR